ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar çərçivəsində rus oliqarx Süleyman Kərimova məxsus $300 mln.-lıq lüks yaxta ABŞ-ın tələbi ilə Ficidə müsadirə edilib.
Rusiyanın Ukraynaya hücumları davam edərkən rus oliqarxlarının yaxtaları bir-bir ələ keçirilir. ABŞ-ın Rusiyaya qarşı sanksiyaları çərçivəsində rusiyalı oliqarx Süleyman Kərimova məxsus $300 mln.-lıq 107 metrlik “Amadea” adlı lüks yaxta ABŞ Ədliyyə Departamentinin tələbi və Federal Təhqiqat Bürosu (FBI) ABŞ-ın dəstəyi ilə Ficinin hüquq-mühafizə orqanları tərəfindən Lautoka şəhərində müsadirə edildiyi bildirilir. ABŞ Ədliyyə Departamentinin baş prokurorunun köməkçisi Liza Monako bu barədə deyib: “Keçən ay mən xəbərdarlıq etdim ki, Departament qara pulla alınan hər yaxtaya göz dikib. Bu yaxtanın müsadirə edilməyi degenerasiyaya uğramış hər bir rus oliqarxına sübut olsun ki, dünyanın ən ucqar nöqtəsində də olsalar gizlənə bilməyəcəklər. Rusiyanın Ukraynadakı səbəbsiz və haqsız müharibəsinə cavab olaraq qəbul edilmiş sanksiya qərarlarını həyata keçirmək üçün bütün vasitələrdən istifadə edəcəyik”.
Banker.az xəbər verir ki, Kərimov 2014 və 2018-ci illərdə Rusiyanın Suriya və Ukraynadakı əməliyyatlarına görə ABŞ tərəfindən sanksiya siyahısına salınıb. O həmçinin, Avropa İttifaqı (Aİ) tərəfindən də sanksiyaya məruz qalmışdı. Lüks yaxtanın Panama kanalı vasitəsilə Karib dənizindən Meksikaya keçdiyini və daha sonra aprelin 12-də Ficiyə çatdığını bildirən səlahiyyətli şəxslər, ABŞ-ın ələ keçirməsinin qarşısını almaq üçün yaxtanın Ficidən Rusiyaya üzəcəyini düşündüklərini bildiriblər.