“Sumqayıt Aşqarlar” ASC adını dəyişir.
Banker.az xəbər verir ki, adını dəyişərək “Sumqayıt Aşqarlar Oil Refinery” ASC-yə çevrildiyini elan edir.
Qeyd edək ki, Sumqayıtda aşqar istehsal edən qurğu 1960-cı ildə ilk məhsulunu verib, 1966-cı ildə həmin qurğu əsasında müstəqil Sumqayıt Aşqarlar zavodu yaradılıb. Zavodun hüquqi varisi olan “Sumqayıt-Aşqarlar” ASC isə 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 596 004 manatdır.
Onu da bildirək ki, “Sumqayıt-Aşqarlar” ASC-yə yeni rəhbər Səxavət Hüseynli təyin edilib. Ona qədər bu vəzifədə Rasim Dadaşev idi.