“Sumqayıt çörək” ATSC-nin 31 dekabr 2021-ci ilə olan göstəricilərinə əsasən, şirkətin mənfəəti 100 530.23 manat olub. Şirkətin cəmi aktivlərinin dəyəri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 170 917.85 manat və ya 10.2% azalaraq 1 498 531.15 manata enib.
Banker.az bu barədə şirkətin hesabatına istinadən xəbər verir.
2020-ci ilin 31 dekabrına olan göstəricilərə görə isə, şirkətin xalis mənfəəti 52 166 manat olmuşdu.