Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxs “Azcis” MMC ilə 3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Sumqayıt DOST, Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzinin xarici elektrik təchizatı işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 3 074 276 manatdır.