12 C
Baku
Thursday, March 28, 2024

“Sumqayıt” FK ilk dəfə olaraq Avropa Liqasında çıxış edəcək®

18 iyun tarixində AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. COVID-19 qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış, iyunun 21-də bərpası nəzərdə tutulan Azərbaycan Premyer Liqasının oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələnin müzakirə olunduğu iclasda PFL-in prezidenti Ramin Musayev və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko çıxış ediblər. Ardınca İcraiyyə Komitəsinin bütün üzvləri qeyd olunan məsələ haqqında fikirlərini səsləndiriblər. Belə ki, bütün faktorlar və tövsiyələr nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda yarışların dayandırılması qərarı verilib. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib (UEFA Çempionlar Liqası: “Qarabağ” FK; UEFA Avropa Liqası: “Neftçi” PFK, “Keşlə” FK, “Sumqayıt” FK).

Beləliklə, “Sumqayıt” FK ilk dəfədir ki, Avro liqalara vəsiqə qazanıb. 2011-ci ildən etibarən “Sumqayıt” futbol klubunun rəsmi sponsoru olan “PAŞA Həyat” şirkəti bu uğurla qürur duyur, sosial məsuliyyəti çərçivəsində Azərbaycan adını zirvələrə qaldırmaq uğrunda çalışanlara dəstəyini davam edəcəyini bildirir. 

image1

Son xəbərlər
Digər xəbərlər