16 C
Baku
Friday, May 3, 2024

Sumqayıt Kimya Sənaye Parkında ₼1.3 milyardlıq məhsul istehsal olunub

Ötən altı ay ərzində Sumqayıt Kimya Sənaye Parkında 1.3 milyard manatlıq məhsul istehsal olunub.

İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri Emil Hacıyev bildirib ki, ixrac edilən məhsulun həcmi 446.3 milyon manat təşkil edib. İndiyədək sənaye parkında 8.7 milyard manatlıq məhsul istehsal olunub ki, bunun da 36 faizi ixracın payına düşüb. İxrac ölkələri kifayət qədər genişdir. Sənaye Parkı dünyanın 60 ölkəsinə məhsul ixrac edir.

Qeyd edək ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında 20 rezident fəaliyyət göstərir. Sənaye parkına yatırılan sərmayənin həcmi 5.3 milyard manatdan çoxdur. Burada 6 400-dən artıq daimi iş yeri yaradılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər