16 C
Baku
Friday, April 26, 2024

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında (SKSP) yeni rezident – “Azmonbat” MMC qeydiyyata alınıb.

Bununla da Parkın rezidentlərinin sayı 21-ə çatıb.

Yeni şirkət ərazidə qabaqcıl texnologiyaların tətbiqi ilə qurğuşun turşulu akkumulyator batareyaların utilizasiyasını həyata keçirəcək. Layihəyə əsasən, yaradılacaq müəssisədə utilizasiya nəticəsində polipropilen, polietilen, qurğuşun lövhə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə ediləcək. Gələcəkdə parkın ərazisində avtomobil akkumulyatorlarının istehsalı müəssisəsinin yaradılması da nəzərdə tutulur.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər