9 C
Baku
Friday, December 13, 2024

“Sumqayıt Texnologiyalar Parkı” yeni şirkət yaratdı, rəhbəri “PAŞA Bank”dandır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “STP Advanced Technologies” MMC-ni dövlət qeydiyyatına alıb.

Banker.az xəbər verir ki, bu şirkət “Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) ilə eyni hüquqi ünvanda – Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən texnoparkda qeydiyyatdan keçib.

“STP Advanced Technologies” MMC-nin nizamnamə kapitalı 1000 manatdır və qanuni təmsilçisi Sərdarlı Nəriman Həsən oğludur.

2004-cü ildə Nəriman Sərdarlı Nyu York Şəhər Universitetinin Biznes, İdarəetmə və Maliyyə üzrə Bakalavr dərəcəsini bitirmişdir. Həmin ildə o, Azərbaycanda, Deloitte şirkətində Audit üzrə Kiçik Əməkdaş kimi peşə karyerasına başlamışdır. 2005-ci ildə PwC Bakı Ofisində auditor vəzifəsinə düzəlmişdir.

2007-ci ildə Nəriman Sərdarlı yeni təsis edilmiş PAŞA Bank-ın Maliyyəni İdarəetmə Departamentində İİS (İdarəetmə İnformasiya Sistemi) sahəsində daxili və xarici maliyyə hesabatlarına cavabdehlik daşıyan ekspert kimi fəaliyyətə başlamışdır. 2009-cu ildə PAŞA Holding-in İnverstisiyalar və Layihələr departamentində PAŞA Holdinqin PE /VC maliyyə alətinin işlənməsinə cavabdehlik daşıyan investisiya meneceri kimi işə başlamışdır.

2009 -cu ildə o, PAŞA Bank-ın Audit Komitəsinin Müdiri, 2010-cu ildə isə PAŞA Bank-ın Nəzarət Şurasının üzvü təyin olunmuşdur.
Nəriman Sərdarlı 2012-ci ildə, Norsvestern Universiteti nəzdindəki Kellogg Menecment Məktəbi ilə mübadilə proqramında iştirak edərək, IE Biznes Məktəbində Biznesin İdarə Edilməsi sahəsində Magistr dərəcəsinə yiyələnmək üçün Dövlət Proqramı üzrə təqaüd almışdır.

2015-ci il fevralın 1-də o, PAŞA Holdinqin İnvestisiyalar və Layihələr Departamentinin Direktoru vəzifəsinə təyin olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər