14 C
Baku
Monday, May 6, 2024

Sumqayıt, Xızı və Siyəzənin qaz təchizatında fasilə yaranıb

Sumqayıt şəhərinin, həmçinin Xızı və Siyəzən rayonlarının təbii qazla təchizatında müvəqqəti fasilə yaranıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Sumqayıt-Yaşma” magistral qaz xətti traktor qazma işləri aparan zaman zədələndiyi üçün təchizat bu gün saat 10:10-dan dayandırılıb. Hazırda təmir-bərpa işləri aparılır.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər