19 C
Baku
Sunday, April 14, 2024

Sumqayıtda 400 000 manatlıq oğurluq

Seyidov əməliyyat nəticəsində tutulub.

Azərbaycanda mənzildən külli miqdarda oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Şahin Kərimovun ətrafında Baş Cinayət Axtarış İdarəsi və Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il avqust ayının 8-də Sumqayıt şəhər sakini İlqar Seyidovla birgə Sima Quliyevanın evindən 300 min manat dəyərində qızıl əşyalar və 100 min manatını oğurlaması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Seyidov tutulub.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər