Sumqayıtda akkumlyatordan pul qazanan şirkət “Az-Lead” MMC 2022-ci ildə 1 milyon 598 min ABŞ dolları həcmində xalis mənfəət əldə edib. 2021-ci ildə MMC-nin mənfəəti 1 milyon 579 min dollar təşkil edib.
Banker.az bu barədə şirkətin illik hesabatına istinadən xəbər verir.
Ötən il “Az-Lead” MMC-nin gəlirləri 11 milyon 454 min ABŞ dolları (əvvəlki ilə nisbtən 2.2% az), satışların maya dəyəri 8 milyon 998 min ABŞ dolları (4% az) olub.
Hesabat dövründə şirkətin cəmi aktivləri 2 milyon 755 min ABŞ dollarından 5 milyon 943 ABŞ dollarına, cəmi kapitalı 1 milyon 526 min dollardan 4 milyon 47 min dollara, cəmi öhdəlikləri isə 1 milyon 229 min dollardan 1 milyon 896 min dollara çatıb.
“Az-Lead” MMC şirkəti istifadəyə yararsiz akkumulyator və qurğuşun tərkibli xammalın toplanılmasını, saflaşdırılmış qurğuşun külçələrin istehsalını və ixracı prosesini həyata keçirir. “Az-Lead” MMC-nin nizamnamə kapitalı 100 % “İndart Holding” MMC-yə məxsusdur.