Sumayıtda akumlyatordan pul qazanan şirkət “Az-Lead” MMC 2021-ci ildə 1.58 milyon ABŞ dolları (2.69 manat) həcmində xalis mənfəət əldə edib.
Bunu banker.az şirkətin illik audit hesabatına istinad edir.
2021-ci ildə onun gəlirləri 11.71 mln. manat olmaqla öncəki ildən 32% çox olub.
Satışın maya dəyəri isə 9.36 mln. manat olub.
Beləliklə, onun ümumi mənfəəti 2.35 mln. manat təşkil edib.
Şirkətin 328 min manat ümumi və inzibati və 396 min digər xərcləri çıxıb.
“Az-Lead” MMC-nin nizamnamə kapitalı 100 % “İndart Holding” MMC-yə məxsusdur.
“Az-Lead” MMC şirkəti istifadəyə yararsiz akkumulyator və qurğuşun tərkibli xammalın toplanılmasını, saflaşdırılmış qurğuşun külçələrin istehsalını və ixracı prosesini həyata keçirir.