10 C
Baku
Thursday, December 12, 2024

Süni intellekt startapları 2024-cü ilin ikinci rübündə $24 mlrd. cəlb edib

Süni intellektə əsaslanan startaplar 2024-cü ilin ikinci rübündə 24 milyard dollar investisiya cəlb edib, bu barədə “Crunchbase” yazır. Ən böyük sərmayələr arasında İlon Maskın “xAI” startapını (6 milyard dollar) adlandırmaq olar. İkinci yerdə 1 milyard dollar cəlb edən “CoreWeave” bulud xidməti təminatçısı dayanır.

Buna baxmayaraq, “Nyu York Times” fərqli göstəricilər dərc edib: 2024-cü ilin aprelindən iyun ayına qədər investorlar təkcə ABŞ-də süni intellektlə işləyən startaplara 27.1 milyard dollar sərmayə qoyublar.

2021-ci ildə aşağı faiz dərəcələri və Covid-19 pandemiyası fonunda investorlar risk etməyə hazır idilər. 2022-ci ildən seqment tənəzzülə uğramağa başladı: biznesin inkişafı yavaşladı və dərəcələr yüksəldi. İnvestorlar daha təmkinli oldular ki, şirkətlər buna görə layihələri və işçilərini ixtisar etməyə başladılar.

Dönüş nöqtəsi “OpenAI”nin ChatGPT çat-botunu işə salınması olub. NYT-nin məlumatına görə, süni intellekt texnologiyalarının potensialı vençur kapitalı bazarında “inanılmaz həyəcana səbəb olub”. İnvestorlar hələ də səhv edə bilərlər, lakin sonda doğru olma şansları onları cəlb edir.

Son xəbərlər
Digər xəbərlər