Daha əvvəl Süni intellekt (AI), ChatGPT və onun inkişaf edən versiyaları barədə araşdırmalarımızda bəhs etmişdik. Süni intellektin (AI) və süni intellektdən istifadə edən böyük şirkətlərin bu sahəyə nəzarət edən etik komanda saxlama kimi tələbləri olmalıdır. Həm də etik komandanı dövlətlər də qorumalıdır. Böyük şirkətlərin etik komandasında işləyən işçiləri öz şirkətləri həqiqəti gizlətməyə məcbur edə bilər. Ona görə də, etik komandalar dövlətin dəstəyini yanlarında hiss etsələr daha düzgün olar.
Şirkətlərin öz məqsələrinə çatmaq üçün, etik komanda işçilərini işdən çıxarmaqla bağlı məhdudiyyəti olmalıdır. Dövlətin əlaqədar orqanı qarşısında buna görə cavabdehlik daşımalıdır. Bəlkə də dünyadakı qanunvericilik və Venesiya Konvensiyası hələlik buna hazır deyil. Amma artıq vaxtı çatmışdır. Həyəcan təbilini çalmaq lazımdır. Sahəyə nəzarət effektivliyi üçün Etik komandaların təşkili və onlara paralelel olaraq dövlət nəzarəti çox əhəmiyyətlidir. Süni intellektin gücünü əlində saxlayanlar balanssız güc əldə edəcəkdir. Artıq müəyyən narahat məqamlar özünü biruzə verir. Bunlar hələ işıq üzü görən məlumatlardır. Görünməyən bir çox tərəfinin olması da şübhəsizdir.
Bir neçə gün öncə müxtəlif xəbər saytlarında olan məlumatlarda yazıldı ki, sən demə bəzi məqalə, kitab satan saytlardan ChatGPT məqalə və kitabları pulsuz əldə edirmiş. Hətta pullu kitab linklərini süni intellektə təqdim edən istifadəçilər, elektron məqaləni, kitabı pulsuz ələ edə bilirlərmiş. Belə başa düşmək olar ki, Süni İntellekt (AI) öz istifadəçisini razı salmaq üçün hakerlik edirmiş.
Belə ki, OpenAI Microsoft Bing ilə olan müqaviləsinə əsasən ChatGPT internet əsaslı axtarışlar edə bilirdi. ChatGPT Plus-un bu xüsusiyyətdən istifadə edən üzvlər süni intellektdən ödənişli link və PDF-ləri oxumasını tələb edirmiş. Süni intellekt də mətnləri onlarla paylaşırmış. Bu hadisədən sonra OpenAI Bing-lə olan bəzi xüsusiyyətləri dayandırdı. Ona görə ki, ChatGPT Bing ilə axtarış xüsusiyyətlərindən istifadə edərək, pullu mətnləri ChatGPT Plus olan üzvləri ilə paylaşdığı üzə çıxdı. Xəbər saytına istinadən bildirilir ki, OpenAI bəzi hallarda söhbət botuna istifadəçilər URL göndərərək, əslində pullu olan tam mətn istəyiblər. Bu halda ChatGPT tam mətni paylaşdığı pullu, məqalə və kitab saytlarının təhlükəsizlik divarlarını aşdığı bilirilir. Firkrimcə, istisna deyil ki, həmin saytların da təhlükəsizliklə bağlı bəzi boşluqları olub. Əks halda bu mümkün olmaya bilər. Bu bir daha onu göstərir ki, pullu online xidmət verən saytlar öz təhlükəsizliklərini yüksək səviyyədə qorumalıdır. Online ödəniş qəbul edən saytlar təhlükəsizlik testlərindən və Auitdən keçirmədən xidmətə buraxılmamalıdır.
OpenAI 3 iyul 2023 tarixindən məzmun sahiblərinə haqlarını vermək üçün, problemi həll edənə qədər Bing ilə bəzi parametrləri dayandırdı.
Fikrimcə bu məsələ hələ davam edəcək və məhkəmələr çoxalacaqdır.
Müəllif: Ekspert Bəhruz Əliyev