15 C
Baku
Wednesday, May 8, 2024

Bəhruz Əliyev

Qisa informasiya

Bəhruz Əliyev

Əliyev Bəhruz Ədalət oğlu Bakalavr və Magistr təhsilini “Avtomatlaşdırılmış Sistemlərin və Hesablama Texnikasının Proqram təminatı” üzrə müvafiq olaraq, 2008 və 2013-cü illərdə bitirmişdir. 2008-ci ildən etibarən, müxtəlif şirkətlərdə, eyni zamanda QHT və Dövlət orqanlarında informasiya texnologiyaları ilə bağlı olaraq, geniş diapazonlu işlər görmüşdür. Müxtəlif geniş zolağlı layihələrində, işlərdə, yenidənqurma işlərində yaxından və birbaşa iştirak etmişdir. Bir çox yerlərdə İnformasiya Təhlükəsizliyi sahəsində və İnformasiya Texnologiyalarının bir çox qollarında müəssisələrin inkişafı üçün lazımı fəaliyyətlər göstərmişdir və göstərməyə davam edir. Paralel olaraq, İnformasiya Texnologiyaları üzrə Mühəndis-Ekspert, Tədqiqatçı kimi, ölkənin müxtəlif mətbuat qollarında (TV, Radio, Jurnal, Qazet, Sayt, Sosial şəbəkə) informasiya texnologiyalarının ölkədə inkişafı üçün, davamlı maarifləndirmə fəaliyyəti aparır. 2023-cü ildə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının üzvü seçilmişdir.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər