20 C
Baku
Friday, May 31, 2024

Süni intellektin yaradıcıları onun təhlükəsini pandemiya və nüvə müharibəsi ilə müqayisə ediblər

Süni intellektin inkişafı üzrə liderlər, “OpenAI”, “Google Deepmind”, “Anthropic” və digər şirkətlər bu texnologiyanın gələcəkdə bəşəriyyət üçün ölümcül təhlükə yarada biləcəyi barədə xəbərdarlıq ediblər.

Banker.az bu barədə The Bell nəşrinə istinadən xəbər verir.

Onların fikrincə, AI-nin tətbiqi ilə bağlı risklərin azaldılması pandemiya və nüvə müharibəsi kimi digər sosial risklərlə birlikdə qlobal prioritet olmalıdır.

Açıq məktub 350-dən çox AI lideri, tədqiqatçı, mühəndis və digər peşəkarlar tərəfindən imzalanıb. Onların arasında ən böyük şirkətlərin top menecerləri var: “OpenAI”nin baş direktoru Sem Altman, “Google DeepMind”in həmtəsisçisi Demis Hassabis və “Anthropic”in baş direktoru Dario Amodei. Mayın əvvəlində onlar süni intellektin tənzimlənməsini müzakirə etmək üçün Co Bayden və ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşüblər.

“OpenAI” şirkəti ChatGPT süni intellekt çat-botunun yaradıcısı kimi tanınır. “Google DeepMind” isə “Alphabet Inc”in bir bölməsidir.
“Anthropic” 2021-ci ildə “OpenAI”nin keçmiş tədqiqat direktoru Dario Amodey tərəfindən şirkəti tərk edən digər işçilərlə birlikdə təsis edilib. Startap bu ilin yanvar ayında “Claude” çat-botunu təqdim edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər