12 C
Baku
Wednesday, December 11, 2024

Süni qiymət artımına qarşı hansı tədbir görülə bilər? (Hüquqi şərh)

Devalvasiyadan sonra hazırda bu mövzu kifayət qədər aktuallaşmış mövzulardan biridir. Hüquqşünas Eldar Məcidov qanunvericilikdə süni qiymət artımı məsələsinin hansı maddələrlə tənzimlənməsi barəsində öz fikirləri ilə bölüşmüşdür.

Son vaxtlar media və dövlət məmurları başda olmaqla Azərbaycanda “süni şəkildə qiymətləri qaldıran” və “etiketdə bir qiyməti, kassa-nəzarəti aparatının yaddaşında isə başqa qiyməti saxlamaqla alıcılar üçün yanlış təsəvvür yaradan” ticarətçilərə qarşı güclü kampaniya gedir. Onların gah inzibatı, gah cinayət məsuliyyətinə cəlb olunmasını, ticarət obyektlərini isə bağlamağı çağırırlar.

Bir çox hissəsini kiçik sahibkarlar təşkil edən bu qrup ticarətçilərin bu cür əməllərinə görə qanun hər hansı məsulliyyəti nəzərdə tuturmu? Gəlin ilk növbədə “süni şəkildə qiymətlərin qaldırılması” məsələsini araşdıraq. Bu əməl ölkəmizin qanunvericiliyinə əsasən hər hanısı qanunpozuntusunu təşkil edirmi?

Cinayət Məcəlləsi “İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma”adlı maddəni nəzərdə tutsa da (maddə 200), həmin maddə nəyin ki qiymətlərin hər hansı qaldırılması, ümumiyyətlə heç bir qiymət məsələsinə istinad vermir. Bəli, malın ölçüsü, çəkisi, sayı, istehlak xüsusiyyəti və ya keyfiyyəti məsələsinə toxunur, lakin qiymət məsələsinə heç cür toxunmur.

Beləliklə, “süni şəkildə qiymətlərin qaldırılması” Azərbaycanda cinayət sayılmır.

Gəlin indi bu cür əməlin hər hansı inzibati xətanın təşkil edib-etməməsini araşdıraq. İnzibati Xətalar Məcəlləsində “Qiymət intizamının pozulması” adlı maddə (maddə 226) olsa da, bu maddə qiymət qaldırılmasına görə məsuliyyət nəzərdə tutmur. Həmin maddənin birinci hissəsini yalnız malın (işin, xidmətin) üzərində qiymət kağızının və ya qiymət cədvəllərinin olmadığına və ya həmin sənədlərin müəyyən qaydalara uyğun olmayaraq tərtib edildiyinə görə tətbiq etmək olar. Qeyd etmək lazımdır ki, malın (işin, xidmətin) üzərində qiymətin nümayiş etdiriməsi qaydaları Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda nəzərdə tutulur. Həmin qaydalarda da qiymət qaldırılması məsələsinə heç cür toxunmur.
Sözügedən maddə 226-nın ikinci hissəsi isə yalnız satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə məsuliyyəti nəzərdə tutur.

İnzibati Xətalar Məcəlləsi istehlakçıların hüquqlarının qorunmasına aid aşağıdakı digər maddələri də nəzərdə tutur:

– Maddə 228. İstehlakçıların hüquqlarının pozulması
– Maddə 231. İstehlakçıları aldatma
– Maddə 231-1. İstehlakçının mal (iş, xidmət) haqqında məlumat almaq hüququnun pozulması
– Maddə 239. Bazarlarda və yarmarkalarda ticarət qaydalarının pozulması
– Maddə 240. Malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi qaydalarının pozulması
– Maddə 200. İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma

Lakin həmin maddələrin heç biri qiymətin qaldırılması məsələsinə toxunmur. Bununla belə, Azərbaycan qanunvericiliyi “süni şəkildə qiymətlərlə manipulyasiya” anlayışını tanısa da, “süni şəkildə qiymətlərin qaldırılması” anlayışını tanımır.

Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasının qanunvericiliyi “süni şəkildə qiymətlərin qaldırılmasını” hüquq pozuntusu kimi tövsif etmir.

İndi isə keçək “etiketdə bir qiyməti, kassa-nəzarəti aparatının yaddaşında isə başqa qiyməti saxlamaqla alıcılar üçün yanlış təsəvvür yaradan” satıcılara. Bu cür əməl hansı həcmdə Azərbaycanda hüquq pozuntusudur?

Tutaq ki, mağazada satılan 1 litrəlik südün üzərində bir litrə üçün 1 manat qiyməti göstərməklə qanunvericiliyin tələb olunduğu qaydalara uyğun olaraq qiymət etiketi (kağızı, yarlığı) qoyulub. Lakin mağazanın kassa-nəzarəti aparatının yaddaşında həmin malın 1 litrəsinə görə 80 qəpik qiymət vurulub. Bu halda mağazaya İnzibatı Xətalar Məcəlləsinin hansı maddələrini tətbiq etmək olardı? Bir qeyd edək ki, mağaza bu yolla vergidən yayınmaq üçün artıq gəlirini gizlətmək niyyətindədirsə, bu ayrı bir məsələdir. Mağaza alıcıdan 1 manat alıb, dövlətə 80 qəpiyi aldığını göstərirsə, Azərbaycanın vergiyə aid bir neçə xətanı və hətta cinayəti törətmiş ola bilər.

Son xəbərlər
Digər xəbərlər