İT sahədə süni zəkanın tam olaraq nə olduğu sualına dəqiq bir cavab yoxdur. Bu barədə həmçinin Elon Musk ilə Mark Zuckerberg belə, ortaq fikirə gələ bilmirlər. Elon Musk-a, Zuckerberg-in ağıllı evi idarə edə bilən Jarvisadlı süni zəkası barəsində sual verəndə o ona etinasızlıqla yanaşmışdı. “Mən, məişət funksiyalarının avtomatlaşdırılmasını süni zəka adlandırmazdım. Bu halda otaqdakı işığı yandıran və ya temperaturu lazımi dərəcədə təmin edən, süni zəka deyil” – deyə Elon Musk bildirmişdi. Musk bu deyimi ilə onu nəzərdə tutmuşdu ki, Zukerberg-in əmrini eşidən, anlayan və yerinə yetirən ümumi bir süni zəka deyil. Əslində isə onun səsi, nitq tanıma alqoritmi tərəfindən təkmilləşdirilərək mətnə çevrilir. Daha sonra digər alqoritm həmin mətni oxuyur və əmrin məğzini başa düşərək kodun digər elementini işə salır və müəyyən əmr yerinə yetirilir. Həmin prosesi Siri, Cortana, Google Assistant və digər səsli kpməkçilərə aid etmək olar. Onlar sorğunun məğzini öyrənib ya əvvəlcədən hazır olan mətni oxuyur və ya sualın cavabını Wikipedia-da axtarırlar. Bu maraqlı texnologiyadır. Lakin tapşırıqları özü öyrənib onları aradan qaldıran tam süni zəka deyil. 2016-cı ildəki tədqiqatlarda “Nvidia” şirkəti, sürücüsüz avtomobillər üçün ümumi neyron şəbəkəsini belə təsəvvür edib. Ümumi neyron şəbəkə, təqdim olunmuş videolar sayəsində avtomobillərin davranışlarını öncədən bilməyi öyrənir və daha sonra avtomobili özü idarə etməyə başlayır. Elon Musk-ın anlayışında bu özəllik, süni zəkaya daha yaxındır.
Digər tərəfdən isə Mark Zukerberg üçün süni zəka, geniş termindir. Onun üçün sözügedən sistem, əmrləri anlayıb müəyyən tapşırığı yerinə yetirmək deməkdir. Bu cür anlayış faktoru mütəxəssis olmayanlara aiddir. Belə ki, o anlaşıqlı və aydındır. Mark Zuckerberg-in fikrincə Jarvis, süni zəkanın müəyyən bir formasıdır. O, insan nitqini anlayır və onun tapşırığını yerinə yetirir. Lakin Mark Zukerberg-in bu sistemi necə anlamasından asılı olmayaraq həm o, həmdə Elon Musk, süni zəkanın vacib texnologiya olduğunu hesab edirlər. Belə ki, onların ikisi də “OpenAI” və “FAIR” kimi tədqiqat təşkilatlarına külli miqdarda yatırımlar edirlər. Beləliklə onların ikisi də bu işdən mənfəət götürməyi planlaşdırır. Zuckerberg bunu öz sosial şəbəkəsi vasitəsilə, Musk isə sürücüsüz avtomobillər vasitəsilə etməyi planlaşdırır.