Bu ilin sentyabr və oktyabr aylarında Ağdərə rayonunun Suqovuşan qəsəbəsinə 190 ailənin köçürülməsi nəzərdə tutulur.
Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, növbəti illərdə bu say dəfələrlə artacaq: “Artıq Ağdərə rayonunun Talış kəndinə 20 ailə köçürülüb. Ərazilərdə məskunlaşma sürətlə həyata keçirilir”.