“Suraxanı Maşınqayırma Zavodu” ASC 2023-cü ili 440 min manat xalis mənfəət ilə başa vurub. 2022-ci ildə zavodun mənfəəti 376 min manat olub ki, bu da illik müqayisədə 17% artımdır.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Suraxanı Maşınqayırma Zavodu”nun əsas əməliyyat gəlirləri 8 milyon 327 min manat, satışın maya dəyəri 6 milyon 775 min manat təşkil edib.
Hesabat dövründə “Suraxanı Maşınqayırma Zavodu”nun cəmi aktivləri 9 milyon 814 min manatdan 10 milyon 400 min manata, cəmi kapitalı 5 milyon 52 min manatdan 5 milyon 297 min manata, cəmi öhdəlikləri isə 4 milyon 762 min manatdan 5 milyon 102 min manata çatıb.
Xatırladaq ki, zavod yeraltı neft-mədən avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmışdır.