15 C
Baku
Saturday, April 20, 2024

Surra məntəqəsində Kür çayının səviyyəsi 6 santimetr artıb

Yanvarın 16-da Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayın Vaqo məntəqəsində suyun səviyyəsi 1 santimetr azalıb. Lənkərançayın Sifidor, Viləşçayın Şıxlar, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı və Kiçik Qafqazın ərazisindən axan Gəncəçayın Zurnabad, Kürəkçayın Toğana, Şəmkirçayın Qalakənd məntəqələrində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Zəyəmçayın Ağbaşlar məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 147 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 92 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 8 faiz azdır.

Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 24 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normanın 36 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 23 faiz azdır.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 6 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normanın 23 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 60 faiz çoxdur. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 157 santimetr təşkil edib. Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 5 santimetr azalaraq 107 santimetr olub.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər