Şuşa Kollecinin binasının əsaslı təmiri 4.5 milyon manata başa gələcək

Şuşa Kollecinin binasının əsaslı təmiri ilə bağlı tenderin qalibi məlum olub

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən Şuşa şəhər Kollecinin (Qarabağ Universitetinin Turizm fakültəsi) binasının əsaslı təmiri və bərpası işlərinin satınalınması üzrə keçirilən tender başa çatıb.

Məlumata görə, satınalma müsabiqəsinin qalibi “İDEAL TM” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib.

Qalib şirkətlə imzalanacaq satınalma müqaviləsinin ümumi dəyəri 4 492 872 manat təşkil edir. Müqaviləyə əsasən, şirkət Şuşa şəhər Kollecinin binasında bərpa və əsaslı təmir işlərini həyata keçirəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər