Baş nazir Əli Əsədov “Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin Siyahısı”nın təsdiq edilməsi barədə Qərar imzalayıb.
Banker.az xəbər verir ki, 2021-ci il 24 noyabr tarixli 366 nömrəli Qərar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.