2 C
Baku
Saturday, December 14, 2024

Şuşada çoxmərtəbəli binalar tikilməyəcək – RƏSMİ

Şuşada çoxmərtəbəli binaların tikintisi nəzərdə tutulmayıb.

Bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

O deyib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa erməni işğalına məruz qalsa da, tarixi abidələr dağıdılsa da, şəhərin əsas şablonu, landşaftı olduğu kimi qalıb. Bunları nəzərə alaraq, şəhərin Baş planı tərtib edilib.

“Biz Şuşada tarixi binaları və fərdi evləri bərpa edəcəyik. Şuşada 200-ə qədər tarixi və mədəni abidə mövcuddur. Onların bir hissəsi ermənilər tərəfindən dağıdılıb. İndiyə qədər 15 tarixi abidə bərpa edilib və dörd abidənin bərpası istiqamətində işlər apaılır”, – deyə o, bildirib.

Son xəbərlər
Digər xəbərlər