Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxs “CONCO” QSC ilə 15 milyon manatlıq 2 müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, 1-ci müqavilədə Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-02/Yaşayış evi-5/Blok-E(Yeraltı dayanacaq ilə birlikdə), Blok-02/Yaşayış evi-6/Blok-F, Blok-02/Yaşayış evi-8/Blok-H(Yeraltı avtomobil dayanacağı ilə), Blok-02/Yaşayış evi-9/Blok-İ yaşayış binalarının tikintisi nəzərdə tutulur. Müqavilənin dəyəri isə 7 682 144 manatdır.
2-ci müqavilədə Şuşa şəhəri, Cənub yaşayış zonası-11, Blok-01/Yaşayış evi-1/Blok-A(Yeraltı dayanacaq ilə birlikdə), Blok-01/Yaşayış evi-2/Blok-B, Blok-01/Yaşayış evi-3/Blok-C, Blok-01/Yaşayış evi-4/Blok-D yaşayış binalarının tikintisi nəzərdə tutulur. Bu müqavilənin məbləği isə 7 005 356 manatdır.