16 C
Baku
Thursday, March 28, 2024

Şuşada şəhərətrafı yaşıl halqa yaradılacaq

Şuşada 8 km-dən çox şəhərətrafı yaşıl halqa yaradılacaq.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Facebook” hesabında bildirib.

Anar Quliyev qeyd edib ki, Şuşanın təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən 8 km-dən çox şəhərətrafı yaşıl halqa yaradılacaq.

240706829 381381580048488 8165596132849967212 n

Baş plana əsasən, Şuşada 36.2 km yol bərpa, 17.6 km isə yeni yol salınacaq. Bundan başqa Baş plan üzərində iş çərçivəsində şəhərin funksional zonalaşdırılması, buna əsasən nəqliyyat infrastrukturunun yenilənməsi, küçələrin kateqoriyalaşdırılması, ictimai nəqliyyatın təşkili və s. üzrə təkliflər hazırlanıb.

240897272 381381593381820 3383812785369362747 n
240895577 381381640048482 1004004046888772292 n
Son xəbərlər
Digər xəbərlər