2022-ci ildə Azərbaycan Dövlət Neft Fondunun Azəri-Çıraq-Günəşli yatağından 9 mlrd. 889 mln. ABŞ dolları gəlir əldə edilib.
Bu barədə Banker.az-a ARDNF-dən bildirilir.
Bu da illik müqayisədə AÇG-dən gəlirlərin 63 faiz artması deməkdir.
Qeyd edilir ki, şahdəniz yatağından ötən il ərzində 1 mlrd. 443 mln. ABŞ dolları gəlir əldə edilib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 328.567 mln. ABŞ dolları təşkil edib.