8 C
Baku
Friday, December 13, 2024

“Suzuki” elektromobil istehsalına 1.25 milyard dollar yatıracaq

Yaponiyanın “Suzuki Motor” şirkəti əsas xarici bazarı olan Hindistanda elektromobil istehsalına 150 milyard yen (1,25 milyard ABŞ dolları) həcmində investisiya edəcək.

Yeni plan çərçivəsində Qudjarat ştatında akkumulyator istehsal edən müəssisə tikiləcək. Bu ştatda şirkətin artıq benzin mühərrikli avtomobillər yığılan zavodu mövcuddur. Həmin zavodda 2025-ci ildən elektrik mühərrikli avtomobillər buraxılacaq. Bundan başqa, “Suzuki” köhnə avtomobillərin utilizasiyası üçün infrastruktur da inşa edəcək.

Qeyd edək ki, “Suzuki” Hindistan bazarında 1982-ci ildən təmsil olunur. Hazırda bu ölkədə satılan avtomobillərin təxminən 50 %-i onun payına düşür.

Son xəbərlər
Digər xəbərlər