7 C
Baku
Thursday, December 12, 2024

SWIFT haker hücumuna məruz qalıb

SWIFT beynəlxalq banklararası ödəmə sisteminə haker hücumu olub.

Sistemə müdaxilə edənlərin əsas hədəfi adı çəkilməyən kommersiya bankı olub.

Hakerlər sistemə daxil olaraq bir sıra mesaj göndərməyi bacarıb.

SWIFT-in açıqlamasında isə qeyd edilir ki, hakerlər sistemdaxili mesaj göndərməyə müvəffəq olsa da, sistemi sındıra bilməyib. “Baş verənlər göstərir ki, bir müddət öncə Banqladeş Mərkəzi Bankına hücum edən hakerlər bununla kifayətlənməyib. Bu, genişmiqyaslı kampaniyanın tərkib hissəsidir”.

Xatırladaq ki, bu yaxınlarda Banqladeş Mərkəzi Bankına edilən haker hücumu zamanı 81 mln. ABŞ dolları oğurlanıb.

Qeyd edək ki, SWIFT 10 mindən artıq maliyyə təşkilatına xidmət edir.

APA

Son xəbərlər
Digər xəbərlər