7 C
Baku
Thursday, December 12, 2024

SWIFT vasitəsilə hesablaşmalarda dolların payı rekord həddə çatıb

2023-cü ilin avqustunda SWIFT vasitəsilə beynəlxalq ödənişlərdə dolların payı iyulda 46.5%-ə qarşı 48.03%-ə yüksəlib ki, bu da bütün müşahidə dövrü üçün maksimum olub, bu barədə beynəlxalq banklararası ödəniş sisteminin hesabatında deyilir.

Qeyd olunur ki, bu il avqustun sonunda avronun da beynəlxalq transsərhəd hesablaşmalarda payı rekord həddə çatıb: ötən yay ayının sonunda vahid Avropa valyutası daha 1.22 faiz bəndi itirib, hesablaşmaların həcmi isə 23.2% təşkil edib. Qeyd edək ki, avro SWIFT vasitəsilə ödənişlər üçün ən çox istifadə edilən ikinci valyutadır.

SWIFT vasitəsilə transsərhəd ödənişlərdə ən çox istifadə edilən üçüncü valyuta Britaniya funt sterlinqidir. Onun istifadə payı iyuldakı 7.63%-ə qarşı bu ilin avqustunda 7.14%-ə qədər azalıb. SWIFT vasitəsilə ödənişlər üçün ən çox istifadə olunan valyutalar siyahısında dördüncü və beşinci yerləri müvafiq olaraq yapon yeni və Çin yuanı tutur.

Son xəbərlər
Digər xəbərlər