10 C
Baku
Tuesday, November 26, 2024

Swish: Nağd pulların sonunu gətirən proqram

The Guardian nəşri bank tətbiqetmələri geniş yayıldıqdan sonra isveç istehlakçılar ilə hansı dəyişikliklərin baş verdiyi haqqında məqalə dərc edib. İndi mağaza sahibləri müştəri nağd pul ilə ödəniş etdikdə ona xidmət etməkdən imtina edə bilərlər. Pərakəndə satış zamanı kağız pullardan istifadə edilərək həyata keçirilən tranzaksiyaların sayı isə 20% enmişdir.

Məqalənin müəllifi olan Con Henli yazır ki, 1661-ci ildə indi İsveç Mərkəzi bankının əcdadı olan Stokholm bankı Avropada ilk kağız pulu buraxır. Bankotlar özlüyündə su nişanlarını, bankın möhürünü və vəzifəli şəxslərin imzalarını əks etdirirdi.

Keçən il İsveçdə XX əsrin mədəniyyət xadimlərinə həsr edilmiş yeni banknotlar buraxıldı. Lakin buna baxmayaraq, ölkə öz qonşuları olan Norveç, Danimarka və Finlandiyadan nümunə götürərək nağd pul olmayan cəmiyyət yaratmağa can atır.

İsveç şirkətlərinin Guardian-a verdikləri məlumata görə, artıq uzun illərdir ki, nağd pullardan imtina hallarını genişləndirirlər. Hazırda plastik kart və yaxud telefon olmadan metroda gediş haqqı əldə etmək mümkün deyil. Topdan satış nümayəndələri isə müştəriyə nağd vəsaitlərə görə etiraz etməkdən çəkinmirlər. Hətta kilsə belə ianələri bank kartı ilə etməyi tövsiyyə edir.

İsveç Mərkəzi bankının məlumatlarına görə, nağd vəsaitlərlə edilən əməliyyatların həcmi keçən il edilən ümumi tranzaksiya həcminin 2%-dən az bir hissəsini təşkil edirdi. Tənzimləyicinin fikrincə, 2020-ci ilə qədər bu göstərici 0,5%-ə qədər enəcək.

1600 isveç bankından 900-ü öz filiallarında nağd pulların qəbulundan, saxlanmasından və verilməsindən imtina edib. Bir çoxları isə narahatlıq səbəbindən bankomatları yığışdırmışdır, xüsusən də kənd ərazilərində.

Visa şirkətinin məlumatlarına görə, bank kartları hazırda ölkədə əsas ödəniş formasıdır. İsveçlilər digər Avropa ölkələri sakinləri ilə müqayisədə öz kartlarından 3 dəfə daha artıq istifadə edirlər və onlar hər il 1 kartdan 207 tranzaksiya həyata keçirir.

Mobil tətbiqetmələrin populyarlığını nəzərə alaraq, isveçli proqramçılar ölkənin Nordea, Handelsbanken, SEB, Danske Bank and Swedbank kimi nəhəng bankları ilə birləşmiş və Swish tətbiqetməsini yaratmışlar. Bu tətbiqetmə real zaman rejimində əməliyyat həyata keçirməyə imkan verir.

Layihə müəlliflərinin sözlərinə görə, bu tətbiqetmə nağd pulları “öldürdü”. İndi bir çoxları bir-biri ilə hesablaşmaq üçün bu tətbiqetmədən istifadə etməyə üstünlük verir. Belə ki, o nağd ödənişlərin sahib olduğu bütün xüsusiyyətlərə sahibdir və heç bir çatışmayan cəhəti yoxdur. Banklar arasında hesablaşmalar real zaman rejimində baş verir və bu şirkətlərin məhsul, yaxud xidmətin haqqını ödəmək üçün şans yaradır.

The Guardian-ın qeyd etdiyinə əsasən, İsveç əhalisinin yarısı bu tətbiqetmədən istifadə edir və 1 ay ərzində onun vasitəsilə 9 milyondan çox ödəniş həyata keçirilir. Qonşu Danimarkada isə analoji tətbiqetmə olan MobilePay vasitəsilə keçən il 90 milyon tranzaksiya həyata keçirilib.

Küçə ticarətçilərindən tutmuş kiçik mağazalara qədər satıcılar sadə və ucuz olan iZettle cihazından istifadə edir. Telefona qoşulmuş mini-cardreader bank kartı ilə ödəniş etməyə imkan verir ki, bu da satış həcmini 30% artırmışdır.

Təbii ki, sözügedən bu təcrübənin müəyyən mənfi cəhətləri də mövcuddur. Son 10 il ərzində elektron hesablardan qarət halları iki dəfə artıb. Tətbiqetmə yardıcıları da daxil olmaqla bir çox tənqidçiləri tamamilə qorunan ödənişlərin vətəndaşların gizliliyinə xələl gətirib-gətirməyəcəyi məsələsi narahat edir.

Bu və digər səbəblərə görə, nağd vəsaitlərin hələ müəyyən müddət ərzində də qüvvədə olacağı gözlənilir.

 

Son xəbərlər
Digər xəbərlər