Strateji planlaşdırmanı nədən başlamaq lazımdır? Bir çox insan, təşkilat, müəssisə bu sual ilə çıxış etmişdir. Strateji planlaşdırmanı isə 1963-cü ildə Harvard universitetinin professoru Kenneth Andrews tərəfindən yaradılmış SWOT təhlil vasitəsi ilə yarada bilərsiniz.
SWOT – Strengths (güclü tərəflər), Weaknesses (zəif tərəflər), Opportunities (imkanlar) və Threats (təhlükələr) sözlərinin qısaldılmış formasıdır. Bizlərdən hər birimiz zəif və güclü tərəflərə sahibik. Nəyisə çox yaxşı bacardığımız halda, nə isə əlimizdən qətiyyən gəlmir. Hər hansı bir cəhətə həddindən artıq sahib olduğumuz halda, bizdə nə isə çatışmır. Ətraf mühitimiz zamanla bizə müxtəlif imkanlar qazandırır. Bütün bunları bir kağız üzərinə yazmaq, sistemləşdirmək və təhlil etmək lazımdır. Lakin hər şeydən əvvəl özlüyünüzdə planlaşdırmanın əsas məqsədini dəqiq olaraq təyin etmək lazımdır.
Tutaq ki, siz xırdaçı və vasvasısınız. Bu iş axtarışı üçün sizin güclü tərəfiniz olduğu halda, şəxsi həyata bir o qədər də yaramır. Əgər hər hansı müəssisənin işini planlaşdırırsınızsa burada hər şey sadə xarakter alır: bu zaman məqsədiniz təbii ki, gəlir əldə etmək və inkişafdır. Əgər şirkətiniz qeyri-kommersiya təşkilatıdırsa əsas məqsədiniz layihələri həyata keçirmək və tapşırıqların öhdəsindən gəlmək olacaq. Şəxsi həyatda isə planlaşdırma müxtəlif istiqamətlər üzrə, yəni şəxsi inkişaf, işə düzəlmə, ailə qurmaq, fiziki inkişaf və s. olacaqdır. Məqsədi aydınlaşdırdıqdan sonra isə daxili inventarizasiyaya başlayırıq. Təyin etdiyimiz məqsədə nail olmaq üçün öz güclü tərəflərimizi yazırıq. Daha sonradan məqsədə doğru getməyinizə əngəl törədən zəif cəhətlərimizi yazırıq. Bundan sonra isə ətraf təsirləri – məqsədə nail olmaq üçün imkan və maneələri, təhlükələri qeyd edirik. Ardınca hər bir amilin gücünü təyin edirik: məsələn, “+ + +” – bu reallığa yaxın olan güclü tərəflərinizdir.
Tutaq ki, mükəmməl şəkildə əcnəbi dil bilirsiniz. +++ yazırıq. “++” – bu sizin güclü tərəfinizdir, lakin orta hədlə. Onun üzərinə əlavə “+” işarəsi qoymaqla güclü tərəfinizin orta həddən yüksək olduğunu göstərirsiniz.
Analoji olaraq zəif cəhətlərimizi “- – -” işarəsi ilə göstəririk. Burada da “- – ” orta həddir və “-” əlavə etməklə zəif cəhətinizin yüksək olduğunu bildirmiş olursunuz. Beləliklə, artıq SWOT təhlilə hazırıq. Vərəqi 4 hissəyə bölürük, 2-si üfiqi, 2-si şaquli olmaqla. Sol hissəni “zəif tərəflər, sağ hissəni “güclü tərəflər”, üst hissəni “imkanlar”, aşağı hissəni isə “təhlükələr” adlandırırıq.
Bu zaman 4 zona alınır: inkişaf zonası (imkanlar-güclü tərəflər), mübarizə zonası (təhlükələr-güclü tərəflər), risk zonası (təhlükələr-zəif tərəflər) və əldən verilmiş imkanlar zonası (imkanlar-zəif tərəflər). İndi öz xüsusiyyət və ətraf mühitin xassələrini ayrılıqda təhlil edək. Məsələn, yaşadığınız şəhərdə tərcüməçilərə böyük tələbat var. Siz isə əcnəbi dili mükəmməl bilirsiniz. İnkişaf sahəsində bir nöqtə qeyd edirsiniz. Tərcüməçilərə olan tələbat nə qədər yüksəkdirsə nöqtə şaquli istiqamətdən yüksək olmalıdır; dil biliyiniz nə qədər yaxşıdırsa nöqtə üfuqi istiqamətə yaxın olur. Tutaq ki, yaşadığınız şəhərdə tərcüməçilər arasında böyük rəqabət var, lakin siz yaxşı mütəxəssissiniz. Mübarizə bölməsinə bir nöqtə işarə edirik. Bunu analoji olaraq digər bölmələr üzrə də edirsiniz.
Daha sonradan isə hər bir zonanı əlavə olaraq iki hissəyə ayırırsınız. İnkişaf zonası əzmkarlıq və bəxtin gətirilməsi, mübarizə zonası qələbə və məğlubiyyət, risk zonası vecsizlik və avanturizm, əldən verilmiş imkanlar bölməsi isə vecsizlik və uğursuzluq bölməsinə ayrılacaq. Hansı zonada daha çox nöqtənin olduğuna diqqət yetirin. Ən yaxşı nəticə əzmkarlıq və qələbə zonasında nöqtələrin çox olması ilə müşahidə edilir.