“Synergy Group” MMC-yə daxil olan “Synergy Technics” MMC-nin direktoru İlkin Quliyev vəzifəsindən azad edilib.
Onun yerinə hələ ki, təyinat olmayıb.
Xatırladaq ki, bir qədər əvvəl holdinqə məxsus “Synergy Construction” MMC-nin direktoru, həm də şirkətlər qrupunun keçmiş rəhbəri Rauf Axundov da vəzifəsini itirib.
“Synergy Group” 2010-cu ildə yaradılıb, Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərən ən iri özəl holdinqlərdən biridir. Onun nizamnamə kapitalı 50 milyon manatdır.