19 C
Baku
Sunday, April 14, 2024

Təhsil Nazirliyinə modul tipli təhsil müəssisələrinə görə 10 mln. manat əlavə vəsait ayrıldı

Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

Sərəncamda deyilir,

1. Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin (siyahı əlavə olunur) quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.13.3-cü yarımbəndində göstərilmiş 10 (on) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 may 2021-ci il

Son xəbərlər
Digər xəbərlər