Təyinat. “PAŞA Bank”da vakant direktor vəzifəsi bu şəxsə həvalə edilib

“PAŞA Bank” ASC-nin Büdcələmə və idarəetmə hesabatları departamenti direktoru Elman Bayramov-un vəzifəsini tərk edərək ölkənin ən böyük şirkətinə təyinatından sonra vakant qalan vəzifəsinə yeni təyinat olub.

Banker.az-ın banka yaxın mənbədən əldə etdiyi məlumata görə, departamentə direktorluq vəzifəsi PAŞA Bankın Xəzinədarlıq departamentində şöbə rəhbəri kimi çalışan Hikmət Aslanlıya həvalə olunub. 

Onun əvvəlki və eləcə də yeni departamenti PAŞA Bankın menecment strukturunda 4 qoldan biri olan Maliyyə funksiyasına aiddir. 

Aslanlı əmək fəaliyyətinə 2011-ci ildə Unibankda başlamış, daha sonra Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankında davam etdirmişdir. PAŞA Banka 2015-ci ilin oktyabrında Xəzinədarlıq departamentinə baş mütəxəssis kimi qoşulmuş, 2016-2019-ci illər ərzində həmin departamentdə şöbə rəhbəri vəzifəsində çalışmışdır. Hikmət Aslanlı Büdcələmə və idarəetmə hesabatları departamentinə rəhbərlik səlahiyyətinə artıq 2020-ci ildən başlayaraq rəsmən yiyələnib.

Qeyd edək ki, H.Aslanlı 2007-2015-ci illər Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olaraq Böyük Britaniyanın Kvins Belfast Universitetini Maliyyə və Mühasibat üzrə magistr dərəcəsi ilə bitirib. Bundan əlavə, Azərbaycan Dövlət İqtisad Universitetinə 650 balla daxil olaraq həmin universitetin bakalavr və magistr dərəcəsi üzrə məzunudur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları