10 C
Baku
Friday, December 13, 2024

TƏBİB: Belə vəziyyətdə səhiyyə sistemi yüklənir

“Bu gün dünyada koronavirusa yoluxanların sayı 56 milyonu keçib. Azərbaycanda da təəssüf ki, gündəlik yoluxma hallarının sayı 2 mini ötüb”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, belə vəziyyətdə səhiyyə sistemi yüklənir: “Ölkəmizdə 10-dan çox modul tipli xəstəxanalar tikilib, xaricdən tibbi mütəxəssislər də gətirilib. Bizim üçün tibbi xidmətin keyfiyyəti daha əsasdır. Bu gün hələ də İkinci Qarabağ müharibəsində yaralanan əsgərlərimizə qulluq etməkdə davam edirik”.

Son xəbərlər
Digər xəbərlər