“Azərbaycanda dövlət tərəfindən tibb müəssisələrində aparılan COVID-19 testlərinin hamısı pulsuz olub”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, TƏBİB özəl müəssisələrin COVID-19 testlərinin aparılması ilə bağlı təyin etdiyi qiymətlərə müdaxilə etmir. Çünki bu məsələ onların müəssisədaxili qəbul etdiyi qərardır.