“Payız-qış mövsümündə 4 valentli qrip əleyhinə vaksinlərdən istifadə olunacaq”.
Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, vaksinlər qripə qarşı immuniteti olmaları üçün sağlam insanlara vurulur: “Vaksinlər sınanmış və zərərsizdir. Bunun da, ilk növbədə, risk qrupuna aid şəxslərə vurulması nəzərdə tutulur. Bu da koronavirusa qarşı onların immun sistemini gücləndirməyə şərait yaradacaq”.