12 C
Baku
Saturday, November 23, 2024

Təbii qaz istehlakında Bakı əhalisinin payı ilbəil artır – 38.6 faiz!

Azərbaycan əhalisi tərəfindən 2023-cü ilin ilk yarısında 2 milyard 527.7 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.1 faiz çox təbii qaz istehlak edilib.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilir ki, 2023-cü ilin ilk yarımilində qaz istehlakının 38.6 faizi Bakı şəhərinin, 2.8 faizi Naxçıvan Muxtar Respublikasının, 11.3 faizi Abşeron-Xızı, 6.1 faizi Gəncə-Daşkəsən, 5.9 faizi Lənkəran-Astara, 5.8 faizi Qazax-Tovuz, 5.7 faizi Mərkəzi Aran, 5.0 faizi Quba-Xaçmaz, 4.9 faizi Şəki-Zaqatala, 4.5 faizi Qarabağ, 3.6 faizi Mil-Muğan, 3.4 faizi Şirvan-Salyan, 2.4 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Bakı şəhərinin payı 2020-ci ilin ilk yarısında 37 faiz, 2021-ci ildə 37.2 faiz və 2022-ci ildə isə 38 faiz idi.

Belə ki, 2022-ci ilin eyni dövründə 2 mlrd. 404 mln. kub-metr təbii qazın 38.0 faizi Bakı şəhərinin,  3.2 faizi Naxçıvan Muxtar Respublikasının, 10.9 faizi Abşeron-Xızı, 6.2 faizi Gəncə-Daşkəsən, 6.0 faizi Lənkəran-Astara, 5.7 faizi Mərkəzi Aran,  5.7 faizi Qazax-Tovuz, 5.0 faizi Şəki-Zaqatala, 4.9 faizi Quba-Xaçmaz, 4.5 faizi Qarabağ, 3.8 faizi Mil-Muğan, 3.7 faizi  Şirvan-Salyan, 2.4 faizi isə Dağlıq Şirvan  iqtisadi rayonlarının payına düşmüşdü.

 

Son xəbərlər
Digər xəbərlər