“Bank Avrasiya” ASC
Vəzifə: Təchizat üzrə mütəxəssis
Namizədlər üçün irəli sürülən tələblər:
Ali təhsil
Xidmət sahəsində ən azı 3 il iş stajı
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək
Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək
MS Office proqramlarının bilikləri
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
- Bankın ofis texnikası, təsərrüfat malları və digər zəruri vəsaitlərə olan ehtiyacını təmin etmək;
- Bankın bina və qurğularının texniki qaydalara uyğun saxlanılmasını təmin etmək;
- Bankın bina və texniki vəsaitlərinin təmiri və yenilənməsini təşkil etmək;
- Alınmış mallar və görülmüş işlər barədə hesabatların hazırlanması.
Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-nin CV formasını doldurub [email protected] ünvanına göndərəsiniz və ya ONLİNE CV -ni doldurasınız.
CV-ni göndərərkən email-ın mövzu hissəsində Təchizat üzrə mütəxəssis vəzifəsini qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.