3 C
Baku
Saturday, December 14, 2024

Tədqiqat: “Coca-Cola” planeti plastik ilə çirkləndirən şirkətlər arasında liderdir

“Breakfreefromplastic” layihəsinin hesabatına görə, “Coca-Cola” şirkəti artıq iki ildir planeti plastik tullantılarla çirkləndirən şirkətlər arasında liderdir.

Banker.az xəbər verir ki, tədqiqatda dünyanın hər yerindən 72 mindən çox könüllü iştirak edib – onların hamısı küçələrdə, çimərliklərdə, gölməçələrdə, ofislərində və digər yerlərdə plastik yığıb. Söhbət təkcə butulkalardan deyil, həmçinin digər plastik məhsullarda gedir – boşqablar, konfet kağızları və digər tullantılar.

Böyük həcmdə zibil topladıqdan sonra aktivistlər ümumilikdə 8 min markadan təxminən 50 növ plastik qablaşdırmanın olduğunu aşkar ediblər. Onlardan 11,7 mini “Coca-Cola” nın payına düşüb. Plastik tullantıların həcminə görə ikinci yerdə “Nestle”, üçüncü yerdə “PepsiCo”, dördüncü yerdə “Mondelez International” (Oreo, Ritz, Nabisco, Nutter Butter istehsal edir), beşinci yerdə isə “Unilever” şirkəti dayanır.

“Coca-Cola” şirkətinə məxsus olan plastik tullantıların çox hissəsi Avropa və Afrikada cəmlənib, Asiya və Cənubi Amerika ikinci yerdədir.

Qeyd edək ki, könüllülərin tapdıqları plastik qabların çox hissəsini identifikasiyalaşdırmaq mümkün olmayıb.

Daha əvvəl “McDonald’s” şirkətinin plastik borucuqları kağız borucuqlara əvəz etməsi barədə məlumat yayılmışdır. Lakin karton layların çox olması səbəbindən onların təkrar emal üçün yararsız olduğu məlum olub. 

 

 

 

Son xəbərlər
Digər xəbərlər