15 C
Baku
Friday, April 26, 2024

Təhlükəli yollardan özümüzü sığortalayaq

Hər gün mətbuatda yollarımızın nə qədər təhlükəli olması və baş verən qəzalar haqqında xəbərlər eşidirik. Bəs bu qəzalardan nə qədər sığortalıyıq?

Bu məqaləmizdə avtomobilin icbari siğortası ilə bağlı ən vacib nüanslara toxunmaq istərdik. Belə ki, hamımız demək olar ki, hər gün avtomobil icabari sığortası terminin eşidirik.  Lakin bununla bağlı heç də hamıda tam təsəvvür formalaşmır.Məqaləni daha diqqətlə oxuduğunuz zaman avtomobilin icbari sığortası ilə bağlı  bilmədiyiniz bir çox  məlumatları əldə edə bilərsiniz.

İlk olaraq avtobilinizi icbari sığortası üzrə sığorta haqqına aydınlıq gətirək. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının məbləği Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 06 dekabr 2011-ci il tarixli, Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”na əsasən müəyyən olunur. Bu Qaydalara əsasən hazırki sığorta haqqının baza məbləği 50 manat müəyyən edilmişdir və mühərriki 1500 sm3-ədək olan minik avtomobillərinə tətbiq olunur.

Həmçinin İcbari sığortalar haqqında qanunun 56-cı maddəsinə diqqət yetirsək görərik ki, burada  üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; – üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.Yəni,əgər sizin avtomobiliniz digər avtomobilə ziyan yetiribsə, bu zaman siz həmən avtomobilin xərclərini sığorta vasitəsi ilə ödəyə bilərsiniz. Lakin öz maşınınızın xərcəni artıq özünüz çəkməli olacaqsınız.

Sığorta hadisəsi baş verdiyi zaman ilk öncə nə etməli olduğunuzu bilməlisiniz.  Bu zaman ilk oncə avtomobilinizi sığorta etdiyiniz şirkət ilə əlaqə saxlamalısınız. Daha sonra şirkətin əməkdaşları sizin probleminizi həll etməyə çalışacaqlar. Qəzanın xərcləri hesablandıqdan sonra sizin avtomobilinizin xərcləri ödəniləcəkdir. əgər siz qəza zamanı digər avtomobilə də xəsarət yetirmisinizsə, şirkət həmin avtomobilin də xərclərini ödəyəcəkdir.

Əgər avtomobilinizin icbari sığortası varsa, sığorta hadisəsi baş verdiyi zaman siz öz haqqlarınızı tələb etməlisiniz. Lakin bu şərtlər sığorta şirlətlərindən asılı olaraq fərqli ola bilər. Bu səbəbdən də müqavilə imzaladığınız zaman daha qiddətli olmağa çalışın.

Siz sığorta şirkətində asılı olaraq sığorta hadisəsi baş verdiyi zaman aşağıda qeyd olunan fürsətlərdən yararlana bilərsiniz.

•    Avtomobilinizə dəyən zərərllərin xərclərindən azad olmaq
•    Əgər qəza sizin səhviniz üzündən baş veribsə qarşı tərəfin xərclərinin ödənilməsi
•    Həmçinin qarşı tərəfin səhvi üzündən baş veribsə sığorta ödənilir
•    Üçüncü şəxslərin qanunazidd hərəkətləri, heyvanların vurduğu zərər və s.
•     Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat və s.

Sonda onu qeyd etmək istərdik ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üüzrə bağlanmış sığorta müqavilələrinin sayı 439,200 ədəd, sığorta haqqları isə 32,400,000 manat təşkil edir. Avtomobil qəzaları üzrə son statistik göstəricilərdə  diqqət yetirsək görərik ki,  yarım il ərzində respublika ərazisində 1 366 nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 556 nəfər həlak olmuş, 1 452 nəfər yaralanmışır.

Onu da nəzərinizə çatdıraq ki, itirilmiş canı geri qaytara bilməsək də, avtomobilimizə dəyən zərərləri bərpa etməyimiz mümkündür.  Bu səbəbdən də avtomobilinizi sığortalamağı unutmayın.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər