22 C
Baku
Sunday, April 28, 2024

Təhsil İnstitutu iş yerini dəyişmək istəyən müəllimlərə müraciət edib

Təhsil İnstitutunun İnsan Resurları Mərkəzi müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edən namizədlərə müraciət edib.

Müsabiqədə iştirak edən namizədlərdən aşağıdakı hallarda sənədləri vahid bir faylda toplayaraq elektron ərizəyə yükləmək tələb olunur.

Əri və ya arvadı hərbçi olduqda nikah haqqında şəhadətnamənin; ər və ya arvadın hərbçi olduğunu təsdiq edən vəsiqə və ya arayışın; şəhid ailəsi üzvü olduqda şəhid ailəsi üzvü olduğunu təsdiqləyən vəsiqə və ya arayışın; şəhidin ailə üzvü olduğunu təsdiq edən sənədin və ya doğum haqqında şəhadətnamənin; iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq ediləmmüəssisəyə dəyişdikdə həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin; yuxarıda qeyd olunan şərtləri ödədikdə isə sosial amilləri təsdiq edən bütün sənədlərin surəti tələb olunur.

Həmçinin elektron ərizələrdə hər hansı bir düzəlişin olunmayacağını nəzərə alaraq namizədlərə qeydiyyatdan keçərkən diqqətli olmağı və ərizələrini bütün məlumatların düzgünlüyünə əmin olduqdan sonra təsdiqləmək tövsiyə edilib.

Mənbəapa.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər