9 C
Baku
Friday, December 13, 2024

Təhsil işçilərinə xoş xəbər! ®

Sağlam gəncliyin yetişdirilməsi və maarifləndirilməsində əvəzsiz rolu olan təhsil işçilərinə hər zamana xüsusi diqqəti və qayğısı ilə seçilən Expressbank bu dəfə də 5 oktyabr “Müəllimlər günü” münasibəti ilə onları sevindirəcək. Belə ki, 1-15 oktyabr tarixlərində bütün təhsil işçiləri istənilən Expressbank filialına yaxınlaşaraq zaminsiz və girovsuz əmək haqqının 15 misli qədər nağd pul kreditini komissiyasız əldə edə bilərlər! 

 İş vaxtı banka yaxınlaşa bilməyən təhsil işçilərini də unutmadıq! Belə ki, müəllimlərimiz şənbə günləri saat 10.00 – dan 15.00- dək Bakıda Nəsimi və Əhmədli, Sumqayıt şəhərindəki filial, bölgələrdə isə Gəncə, Mingəçevir və Bərdə şəhərlərindəki filiallarda kredit sifarişlərini rəsmiləşdirə bilərlər. Həmçinin filiala gəlmədən də krediti növbəti linkdən online sifariş etmək mümkündür: https://www.exb.az/loans/cash/ 

Əldə edilən kreditin rahat ödənişini, müştərilər  Expresspay ödəniş terminalları vasitəsi ilə asanlıqla reallaşdıra bilərlər.

 Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az  saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər