2 C
Baku
Sunday, December 15, 2024

Təhsil kreditləri almaq istəyənlər üçün müddət uzadıldı

“Maarifçi” Tələbə Kredit Fondunun təhsil kreditlərinin verilməsi üçün elan etdiyi müddət uzadılıb.

Banker.az Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, mart ayında qeyri-iş günlərinin olması nəzərə alındığı üçün elanın müddəti 20 aprel 2019-cu ilədək davam edəcək:

“Kredit almaq üçün tələbələrin Fondun veb-saytından (www.maarifci.az) elektron müraciət etmələri kifayətdir. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub”.

Qeyd edək ki, təhsil haqqı kreditlərinin verilməsi məqsədilə VIII elan sessiyası martın 1-dən aprelin 5-dək olan dövr üçün elan edilmişdi.

Son xəbərlər
Digər xəbərlər