9 C
Baku
Friday, December 13, 2024

Təhsil naziri fərdi təhsillə bağlı əmr imzaladı

Fərdi təhsil üzrə 2022-2023-cü tədris ili üçün tədris planı təsdiq edilib.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumi təhsil müəssisələrində təşkil olunan fərdi təhsilinin 2022-2023-cü tədris ili üçün tədris planı və “Tədris planına dair qeydlər” təsdiq edilib.

Tədris planına daxil edilən fənlər üzrə proqramlar nəzərdə tutulan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq, ən zəruri bilik və bacarıqların mənimsədilməsi təmin edilməklə müvafiq ümumi təhsil proqramları əsasında aidiyyəti fənn müəllimlərinin iştirakı ilə yerli təhsili idarəetmə orqanlarının metodiki kabinetləri tərəfindən hazırlanıb təsdiq olunur.

Tədris planı üzrə ibtidai təhsil səviyyəsində dərslər həftədə 3 (üç), ümumi orta təhsil səviyyəsində 3-4 (üç-dörd) gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir.

Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur.

İbtidai və ümumi orta təhsil səviyyələri üzrə tədris ili iki yarımilə bölünür:

birinci yarımil: 15 sentyabr – 26 yanvar;

ikinci yarımil: 1 fevral – 14 iyun.

Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

payız tətili: 16-20 noyabr (5 gün);

qış tətili: 27-31 yanvar (5 gün);

ibtidai siniflər üçün əlavə tətil: 1-5 may (5 gün).

 

 

Son xəbərlər
Digər xəbərlər