14 C
Baku
Sunday, November 24, 2024

Təhsil nazirindən keçmiş məcburi köçkün məktəblərinin fəaliyyəti ilə bağlı açıqlama

Elm və təhsil naziri Emin Əmrullayev keçmiş məcburi köçkünlərin təhsil aldığı müəssisələrin taleyinə aydınlıq gətirərək bu məsələdə iki variantın mövcud olduğunu bildirib.

Nazir 30 illik işğal dövründə bəzi məktəblər üçün yeni binaların tikildiyini söyləyib:

“Bu halda həmin bina həmin əraziyə uyğunlaşdırılır. Misal olaraq, Şuşa şəhər 1 nömrəli məktəb istifadəyə verildikdən sonra Bakıdakı təhsil ocağı ayrı məktəb kimi fəaliyyətini davam etdirəcək. Bəzi hallarda isə məktəblərin binası yoxdur, ona görə də ləğvi mümkünsüzdür. Yəni məktəb publik hüquqi şəxs kimi tarixi yerinə köçür. Kimsə köçmürsə, məktəb yerində qalıb digərləri kimi fəaliyyətini davam etdirir”.

Son xəbərlər
Digər xəbərlər