10 C
Baku
Thursday, December 12, 2024

Təhsil Nazirliyi 2 şirkətə 4 milyon manatlıq sifariş verdi

Təhsil Nazirliyi 2 şirkətlə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “Təhsil” Nəşriyyat Poliqrafiya MMC və “Çaşıoğlu Elm-İstehsalat” MMC-dir.

1-ci müqavilədə 2022-2023-cü tədris ilinə tam orta təhsil proqramı üzrə ilk buraxılışı olan dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması nəzərdə tutulur və məbləği 2 415 001 manatdır.

2-ci müqavilədə isə 2022-2023-cü tədris ilinə ibtidai təhsil proqramının 1-ci sinfi üzrə dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 1 365 363 manatdır.

Son xəbərlər
Digər xəbərlər