Vətəndaşı “Təhsil Nazirliyinin Aparat rəhbəriyəm” deyərək aldadan qadın barəsində cinayət işi başlanılıb.
Fərdanə Səmədova etibardan sui-istifadə etməklə xeyli miqdarda dələduzluq edib. O, tanışının övladını işə qəbul etdirmək adıyla aldığı pulları geri qaytarmayıb.
Vətəndaşın şikayətindən sonra F.Səmədova barəsində dələduzluq və rüşvət verməyə təhrik etmə ittihamları üzrə cinayət işi başlanılıb.
İstintaq orqanı sübutları toplayaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib. Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.
Qeyd edək ki, F.Səmədova aldatdığı vətəndaşın 18 min manatını mənimsəyib.