ASC “Xalq” Bankının faizlərini endirdiyi kredit məhsullarından biri də “Təhsil” kreditidir. Hazırda bazarda olan təkliflər arasında ən aşağı faizlə verilən bu məhsul ödənişli əsaslarla yerli və yaxud xarici təhsil ocaqlarında oxuyan tələbə və şagirdlərə dəstək olacaq. ®
“Təhsil krediti” məhsulunun faiz dərəcəsi illik 15%, müddәti 48 ay, maksimal mәblәği isə 100 000 manat tәşkil edir. Məsələn, 12 ay müddətinə rəsmiləşdirilən 1000 manat məbləğində kreditin aylıq ödəniş məbləği 90 manat 26 qəpik təşkil edəcək. Kredit fiziki və ya hüquqi şəxsin zaminliyi, avtonəqliyyat vasitəsinin və/və ya daşınmaz əmlakın girovu ilə verilir.
Məhsul hər hansı ali təhsil ocağında oxuyan tələbə və magistrların, peşə-ixtisas, habelə ödənişli orta məktəblərdə təhsil alan şagirdlərin təhsil haqqlarının ödənişinə yönəldilə bilər.
Xalq Bankın kredit məhsulları haqqında ətraflı məlumatı bankın rəsmi internet saytından və ya 138-Məlumat Mərkəzindən əldə etmək olar.